AZ

Millət vəkilindən “Gününsəsi”nə təbrik məktubu

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Səyyad Aran Gununsesi.info-nu 10 illiyi münasibətilə təbrik edib:

Deputatın baş redaktorumuza ünvanladığı təbrik məktubu təbrik edirik:

“Azərbaycan mətbuatında Pərviz Həşimli ən peşəkar və parlaq istedad sahiblərindən biridir. İstər onun jurnalist kimi fəaliyyəti, istərsə də baş redaktor və naşir kimi nailiyyətləri danılmazdır. Vicdanlı və obyektiv jurnalist kateqoriyası üzrə o yəqin ki, ön sıralardan birini tutar. Onun sənəti və şəxsiyyəti hər zaman bir-birini tamamlamışdır. O bütün fəaliyyəti dövrü hər zaman ədalətli mövqe tutmuşdur. Pərviz Həşimli oxucu inamının və güvəninin başlıca simalarından biridir. Ən çətin anlarda o həmişə oxucusunun yanında olmuşdur. Cəmiyyətdə Pərviz Həşimli sözünə hər zaman böyük inam olmuşdur. Bununla da o milyonlarla oxucu sevgisinə nail olmuşdur.

Pərviz Həşimli “Günün səsi” kimi obyektiv və xalqın güvənc yerinə çevrilən bir sayt yaratmışdır. Oxucular ona inanır və sevirlər. Bu inam və sevgin heç zaman azalmasın Pərviz Həşimli. Saytınızın 10 yaşı mübarək olsun. Səni və bütün kollektivini gələcək böyük uğurlara səsləyirəm”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
icma.az

1Mənbələr