Bakı.Trend:
TƏBİB tibb müəssisələrindən azad edilən direktorlarla bağlıməsələyə aydınlıq gətirib.
TƏBİB-dən Trend-ə bildirilib ki, bəzi kütləvi informasiyavasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azadolunan direktorlarının yerinə yeni direktorların təyin olunması iləbağlı xəbərlər dərc olunur.
Bildiririk ki, yeni təyinatlarla bağlı yayılan məlumatlarhəqiqəti əks etdirmir. Hazırda hər hansı tibb müəssisəsinə yenitəyinat həyata keçirilməyib.
Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitamverildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktormüavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinindirektor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edirvə bu, müvəqqəti xarakter daşıyır.
Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetməeffektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinintəkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlışəkildə artırılmasına xidmət edir.