AZ

ABŞ-ın ticarət nümayəndəsi: Yeni Dehli Vaşinqton üçün "çətin qozdur"

ABŞ-ın ticarət nümayəndəsi: Yeni Dehli Vaşinqton üçün "çətin qozdur"

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir aprelin 22-də Vaşinqtonda başa çatan növbəti danışıqlar raundunun yekunlarına dair çıxışında Hindistanı "çətin qoz" adlandırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ Konqresindəki çıxışı zamanı Hindistan nümayəndələrinin öz kənd təsərrüfatı bazarlarını çox uzun müddətdir ki, sərt şəkildə qoruduqlarını və hazırlanan saziş çərçivəsində də bir çox sahələri mühafizə etməyə çalışdıqlarını deyib. Bununla belə, Qrir tərəflər arasında qarşılıqlı razılığın əldə oluna biləcəyi məqamların mövcudluğunu da qeyd edib.

Hindistan mediasının məlumatına görə, Vaşinqtondakı məsləhətləşmələr zamanı tərəflər fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində sabit irəliləyiş əldə ediblər. Hindistan öz mallarının ABŞ bazarına çıxışı üçün rəqib ölkələrlə müqayisədə güzəştli şərtlər tələb edir.

Eyni zamanda, rəsmi Dehli daxili bazarı ABŞ-ın israr etdiyi geni dəyişdirilmiş (GMO) qarğıdalı və digər bu qəbildən olan məhsulların idxalından qorumağa çalışır. 2025-ci ilin fevralından bəri davam edən bu danışıqların əsas məqsədi 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsini iki dəfə artıraraq 500 milyard dollara çatdırmaqdır.

Seçilən
18
afn.az

1Mənbələr