AZ

İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş -FOTO

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev vəzifəsindən azad edilib.

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, fəaliyyətində ciddi nöqsanlar aşkar edilən sektor müdiri hazırda həbsdə olan tanınmış təhsil eksperti Kamran Əsədovla qrup yoldaşı olublar.

Belə ki, Qələmşah Dostuyev və Kamran Əsədov Bakı Dövlət Universitetinin Tarix fakültəsində eyni qrupda oxuyublar. Bu zaman onların yaxın dostluq əlaqələri yaranıb. 

Q.Dostuyev bundan sonra dostu K.Əsədovun dəstəyi ilə Quba Rayon Təhsil şöbəsindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinə gətirilib. 2024-cü ildə isə Coşqun Əliyevin müvafiq əmri ilə Xaçmaz rayonu üzrə təhsil sektoruna müdir təyin edilib. O, 2023-cü ilin sonunda vəzifəsindən azad olunan İnqilab Musayevin yerinə təyinat alıb. 

Maraqlıdır ki, həbsdə olan təhsil eksperti kimi Dostuyevin də qələmi Dövlət İmtahan Mərkəzini tənqid etməklə məşğul idi.

İşdən

Qeyd edək ki, imtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov bu ilin yanvar ayında məhkəmə zalında həbs olunub. Hazırda onun işi üzrə məhkəmə prosesi davam etdirilir.

Seçilən
48
2
redaktor.az

3Mənbələr