AZ

İran avqustda Xəzəryanı dövlətlərin sammitinə ev sahibliyi etmək istəyir

İran avqustda Xəzəryanı dövlətlərin sammitinə ev sahibliyi etmək istəyir

Tehran, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə səbəbindən Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, avqustun 12-də Xəzər bölgəsi ölkələrinin sammitinə ev sahibliyi etmək niyyətindədir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Qazaxıstandakı səfiri Əli Əkbər Coukar Astanada keçirilən Regional Ekoloji Sammitdə çıxışı zamanı məlumat verib.

Səfir bildirib ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda Xəzəryanı dövlətlərin yeddinci sammitini qəbul etməyə hazırlaşır. O, sammitin Beynəlxalq Xəzər Günü və eyni zamanda Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümü ilə eyni vaxtda — avqustun 12-də keçirilməsinə, Tehranın Xəzəryanı ölkələrin prezidentlərini qəbul etmək şərəfinə nail olacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) dövlət başçılarının altıncı sammiti 2022-ci ildə Aşqabadda keçirilmişdi.

Seçilən
47
afn.az

1Mənbələr