AZ

Xəzərlə bağlı qorxunc proqnoz: 2050-ci ilə qədər...

Xəzər dənizində suyun səviyyəsi 2050-ci ilə qədər 8-21 metr enə bilər.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Astanada keçirilən Regional Ətraf Mühit Sammitində tematik sessiyaya moderatorluq edən Xəzər dənizinin qorunması üzrə çərçivə sənədi olan Tehran Konvensiyasının müvəqqəti katibliyinin koordinatoru Mahir Əliyev məlumat verib.

“Əsrin ortalarına qədər dəniz səviyyəsinin 8 ilə 21 metr arasında düşə biləcəyi ilə bağlı bəzi proqnozlar var”, - o deyib.

Mahir Əliyev əlavə edib ki, Xəzər dənizinin dayazlaşması probleminin həlli bir tərəfin qısamüddətli səyləri əvəzinə, su hövzəsinə çıxışı olan beş ölkənin hamısının uzunmüddətli iştirakını tələb edir.

Seçilən
37
1
publika.az

2Mənbələr