AZ

ABŞ SEPAH ın güclü şəkildə hakimiyyətdə qalmasına imkan verməyəcək ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə Sherg.az-a söyləyib ki, ABŞ-nin İrana qarşı blokadası öz nəticəsini verəcək:

“ Tehran nə qədər təkzib etsə də Vaşinqtonla dialoqdadır. ABŞ Hörmüzdə İrana qarşı tətbiq etdiyi blokada Tehranın iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir etməkdədir. İran da sistem daxilində fikir ayrılıqları inkişaf edir. Demək olar ki, SEPAH -la prezident administrasiyası ABŞ-lə dialoq məsələsində fikir ayrılıqlarına malikdir. Qeyd edim ki, Ali dini rəhbər M. Xameneinin danışıqlara razılıq verilməsi barədə açıqlaması olmuşdu. Artıq SEPAH o açıqlamaya düzəliş edərək, Ali dini rəhbərin danışıqlara ehtiyac olmadığı bəyanatını verib. 

Analitik qeyd edib ki, ABŞ SEPAH-ı sarsıtmaq üçün iqtisadi blokadani inkişaf etdirəcək:

“İranın sosial və iqtisadi vəziyyəti ağırlaşdıqca, SEPAH daxilində parçalanmaya yol açması istisna deyil. İran sonunda ABŞ-lə razılığa gələcək. İran çalışır ki, öz mövqeyini qoruyaraq danışıqlarda maksimum müsbət nəticələr əldə etsin. Amma, ABŞ SEPAH-ın güclü şəkildə hakimiyyətdə qalmasına imkan verməyəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
4
sherg.az

5Mənbələr