AZ

Naxçıvanda 95 kilometrlik avtomobil yolu əsaslı təmir edilir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 23 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə nəzərdə tutlan Dövlət Proqramına uyğun olaraq, Naxçıvan şəhərinin Xətai, N. Naxçıvani, S. Vurğun, M. Şəhriyar, H. Rəhmənov küçələri, 58–61-ci məhəllələr, həmçinin Qaraçuq, Babək, Hacıniyyət və 6-cı məhəllə istiqamətində əsaslı təmir işləri aparılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda torpaq işləri aparılır, yol yatağı genişləndirilir, yolun alt qatının möhkəmləndirilməsi məqsədilə qum-çınqıl materialı verilir. Eyni zamanda, yağış sularının kənarlaşdırılması üçün beton su kanalları çəkilir. Artıq bəzi hissələrdə yol örtüyü asfaltlanmaya hazır vəziyyətə gətirilib. Bununla yanaşı, şəhərdaxili küçələrdə işlər tamamlandıqdan sonra muxtar respublikanın digər rayonlarında da kənddaxili yolların təmiri həyata keçiriləcək. Bu çərçivədə Babək rayonunun Nehrəm qəsəbəsində, Culfa rayonunun Yaycı kəndində, həmçinin Şərur rayonunun Muğancıq–Müslüm və Cəlilkənd–Düdəngə kənddaxili avtomobil yollarında təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, layihənin sifarişçisi “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”dir. İşlər podratçı “Polat Yol Yapı” şirkəti və subpodratçı “Naxproyol” MMC tərəfindən icra olunur.

Müxbir-Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
azertag.az

1Mənbələr