AZ

“Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi açıqlandı

Türkiyə Super Liqasının növbəti turunda “Qalatasaray”la “Fənərbağça” üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşün hakim təyinatları açıqlanıb. Matçı Yasin Kol idarə edəcək.

O, cari mövsüm tərəflər arasındakı ilk oyunda da hakimlik etmişdi. Həmin qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Xatırladaq ki, İstanbul derbisi bazar günü saat 21:00-da start götürəcək.

 

Seçilən
44
idmanxeber.az

1Mənbələr