AZ

Jan-Noel Barro Ukraynaya 90 milyard avroluq kreditin ilk tranşının vaxtını açıqlayıb

Avropa İttifaqının Ukraynaya 90 milyard avro həcmində kreditinin ilk hissəsi mayın ortasında ayrıla bilər.

"Report" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Info"un efirində bəyan edib.

"Biz mayın ortasından ilk tranşı ayırmağa hazırıq", - o deyib.

Barro qeyd edib ki, bu, yaxın saatlar və ya günlər ərzində kredit üzrə yekun razılaşmaya nail olunduqdan sonra, o cümlədən Macarıstanın vetosunun aradan qaldırılması sayəsində mümkün olacaq.

Əvvəllər Avropa İttifaqı Ukraynaya 90 mlrd.a vro həcmində kreditin ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiya paketini ilkin olaraq təsdiq etmişdi.

Seçilən
29
far.az

1Mənbələr