AZ

ABŞ daha bir təyyarədaşıyan gəmini İrana doğru göndərir

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ USS George H.W. Bush təyyarədaşıyan gəmisi İrana doğru hərəkətə başlayıb və yaxın iki gün ərzində bölgəyə çatacaq.

Bunu "News Network" kanalının Ağ Ev müxbiri Kelli Meyer bildirib.

Meyerin sözlərinə görə, eyni zamanda USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin bölgəni tərk edib daha sonra yenidən geri qayıtması planlaşdırılır.

Jurnalist qeyd edib ki, ABŞ ordusu prezidentin əmri verəcəyi halda dərhal hərəkətə keçmək üçün tam hazırlıq vəziyyətindədir. Onun məlumatına görə, enerji infrastrukturu, hərbi-sənaye bazaları və dəniz obyektləri də daxil olmaqla əvvəlcədən müəyyən edilmiş hədəflər mövcuddur və Pentaqon hazırda “gözlə və gör” rejimindədir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
azpolitika.info

1Mənbələr