AZ

"Çox şadam, 1:0 möhtəşəmdir" - Erlinq Holand

"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 34-cü turunda "Börnli" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Fanat.Az xəbər verir ki, matçdakı yeganə qola 5-ci dəqiqədə imza atan norveçli ulduzun sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:

"Hə, çox sayda qol şansımız oldu, amma şadam ki, qalib gəldik və 3 xal qazandıq. Çox şadam, 1:0 möhtəşəmdir. İndi turnir cədvəlinin zirvəsindəyik. Sevinməyə dəyər. Əsas olan qələbədir. öz oyunumuzu oynamağa və qalib gəlməyə çalışırıq. İndi şənbə gününə köklənəcəyik. Qollar yox, qələbə barədə düşünmək lazımdır".

Toğrul

Seçilən
31
1
fanat.az

2Mənbələr