AZ

Məqsəd Bakı ilə bölgələr arasındakım fərqi azaltmaqdır Vüqar Bayramov

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Regionların inkişafı ilə bağlı həyata keçirilən siyasət mərhələli şəkildə balanslı iqtisadi inkişafın daha da güclənməsinə gətirib çıxarmışdır. Belə ki, son illər iqtisadiyyatın regional diversifikasiyası meyilləri daha güclənmişdir. Bu makro-iqtisadi göstəricilər də əks olunmaqdadır".

Ölkə.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zaman deyib

 Onun sözlərinə görə,  ölkə üzrə əsas kapitala yönəldilmiş illik 22.1 milyard manatlıq investisiyaların 9.7 milyard manatı, yəni 44.0 faizi regionların payına düşür. "Hazırda regionlarda 33 milyard manatdan çox ÜDM formalaşır. Eyni zamanda, ölkə üzrə 62.2 milyard manatlıq pərakəndə ticarət dövriyyəsinin 24.5 milyard manatı regionların payına düşür. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin yarıdan çoxu artıq regionlarda yerləşmişdir ki, bu da daxili turizimin inkişafı baxımından vacibdir",- o vurğulayıb.

 Deputat əlavə edib ki, 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 775 min nəfər olmuşdur: "Onun 792 min 737 nəfəri regionlarda yaşayaraq fəaliyyət göstərirlər. Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faizi regionlarda çalışırlar. Regionlarda yaşayn əhalinin illik gəlirləri isə 32 milyard manatdan çox olmuşdur.

 Göründüyü kimi, iqtisadi siyasət regionların inkişafında dayanıqlığı təmin etmiş və Bakı ilə bölgələr arasında fərqin mərhələli şəkildə azalmasına səbəb olmaqdadır".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
2
olke.az

4Mənbələr