AZ

Milli Süni İntellekt Mərkəzində dövlət qurumlarının əməkdaşları praktik yanaşmalarla tanış olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

“AZCON Holding”in şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş prioritetlərə uyğun olaraq, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi və kadr potensialının inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə dövlət qurumlarının əməkdaşlarının süni intellekt üzrə bilik və bacarıqlarının artırılması məqsədilə “AI Academy”nin təşəbbüsü ilə təlim proqramı həyata keçirilib.

Proqram çərçivəsində əsas diqqət dövlət qurumlarında gündəlik əməliyyat və qərarvermə proseslərinə süni intellektin inteqrasiyasına yönəlmiş praktik yanaşmaların formalaşdırılmasına verilib. İştirakçılar məlumatların emalı, proseslərin avtomatlaşdırılması və süni intellekt əsaslı həllərin real iş ssenarilərində tətbiqi üzrə praktiki bilik və bacarıqlar əldə ediblər.

“AI Academy” tərəfindən həyata keçirilən bu təşəbbüslər dövlət sektorunda məlumat əsaslı qərarvermə mədəniyyətinin gücləndirilməsinə, süni intellekt texnologiyalarının institusional səviyyədə tətbiqinə hazırlığın artırılmasına və milli süni intellekt ekosistemində dayanıqlı bacarıq bazasının formalaşdırılmasına töhfə verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
50
azertag.az

10Mənbələr