AZ

Keçmişdə erməni qəsbkarlarının həyata keçirdiyi kulturosid və urbisidin nəticələri obyektiv şəkildə dəyərləndirilməlidr – ŞƏRH (FOTO)

Bakı. Trend:

Azad edilmiş ərazilərdə guya “erməni irsinin məhv edilməsi” iləbağlı irəli sürülən iddialar ilk baxışda emosional təsir bağışlasada, məsələni faktlar prizmasından qiymətləndirəndə tam fərqlimənzərə ortaya çıxır. Bu mövzuda səsləndirilən fikirlərdə əsasproblem ondan ibarətdir ki, uzun illər ərzində Azərbaycantorpaqlarında baş verən real dağıntılar və mədəni irsə qarşıtörədilmiş sistemli vandalizm məqsədli şəkildə diqqətdən kənardasaxlanılır.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü,deputat Azər Allahverənov deyib.

Millət vəkilinin sözlərinə görə, işğal dövründə Azərbaycanınzəngin tarixi-dini irsi ciddi zərbəyə məruz qalıb. Bu, təsadüfi vəya lokal xarakterli hadisələr olmayıb, əksinə, ardıcıl və planlışəkildə həyata keçirilmiş dağıntılarla müşayiət olunub. Yüzlərləabidənin məhv edilməsi, talan olunması və ya mənimsənilərəksaxtalaşdırılması həmin siyasətin mahiyyətini açıq şəkildəgöstərir. Bir çox hallarda isə abidələrin sadəcə fiziki olaraqdağıdılması ilə kifayətlənilməyib, onların tarixi mənşəyidəyişdirilərək başqa kimlik altında təqdim edilməsi cəhdləri dəmüşahidə olunub.

Deputat bildirib ki, xüsusi həssaslıq doğuran məsələlərdən biriməzarlıqlara münasibətlə bağlıdır:

“Azərbaycanın müxtəlif rayonlarında – Ağdamda, Füzulidə,Zəngilanda, Kəlbəcərdə və Cəbrayılda yerləşən onlarlaqəbiristanlığın dağıdılması, qəbirlərin təhqir olunması, başdaşlarının sındırılması və oğurlanması faktları təkcə maddi irsədeyil, həm də xalqın mənəvi dəyərlərinə qarşı yönəlmiş açıqhörmətsizlik nümunəsidir. Bu cür addımların sistemli xarakterdaşıması isə onun təsadüfi deyil, məqsədli olduğunu göstərir.

Eyni yanaşma dini abidələrə münasibətdə də özünü göstərib. Bəziməscidlərin təyinatından kənar istifadə olunaraq heyvan saxlanılanməkanlara çevrilməsi faktları xüsusilə diqqət çəkir. Bu, yalnızdağıntı deyil, dini hisslərin açıq şəkildə təhqir edilməsi deməkdirvə belə hallar mədəni irsə münasibətdə hansı yanaşmanın üstünlüktəşkil etdiyini aydın şəkildə ortaya qoyur”.

Parlamentari vurğulayıb ki, problemin digər tərəfi Ermənistanərazisində baş verən proseslərlə bağlıdır:

“Tarixi Azərbaycan irsinin mühüm hissəsini təşkil edənabidələrin, xüsusilə İrəvan və ətraf bölgələrdə yerləşəndini-memarlıq nümunələrinin ya tamamilə aradan qaldırılması, ya dafərqli kimlik altında təqdim edilməsi faktları artıq geniş şəkildəməlumdur. Şah Abbas, Sərdar, Hacı Novruzəli və digər məscidlərintaleyi bu baxımdan xarakterikdir. Yalnız Göy məscidin müəyyənhissəsi günümüzə çatıb ki, onun da ilkin memarlıq xüsusiyyətləridəyişdirilərək fərqli formada təqdim edilməsi müşahidə olunur.

Bundan başqa, regionun qədim irsinin bir hissəsi olan albanməbədlərinin mənimsənilməsi və saxtalaşdırılması da ciddinarahatlıq doğurur. Ağoğlan, Amaras, Xatiravang, Qandzasar vəXudavəng kimi abidələr üzərində aparılan dəyişikliklər onlarıntarixi mənsubiyyətinin dəyişdirilməsinə yönəlib. Bu isə təkcətarixi faktların təhrif edilməsi deyil, eyni zamanda mədəni irsinsiyasiləşdirilməsi cəhdidir”.

Azər Allahverənov əlavə edib ki, həyata keçirilən siyasətin əsasməqsədi yalnız maddi abidələrin məhv edilməsi ilə məhdudlaşmayıb.Burada daha geniş hədəf – Azərbaycan xalqının bu ərazilərdəkitarixi izlərinin silinməsi, gələcəkdə irəli sürülə biləcək iddialarüçün “tarixi əsas” formalaşdırılması və bütövlükdə mədəni yaddaşınzəiflədilməsi olub. Bu, mahiyyət etibarilə mədəni təmizləməsiyasətidir və onun nəticələri bu gün də aydın şəkildə müşahidəolunur.

“Belə bir fon qarşısında bu gün irəli sürülən ittihamlarınobyektivliyindən danışmaq çətindir. Çünki real faktlar göstərir ki,Azərbaycan tərəfi azad edilmiş ərazilərdə tarixi və dini irsinqorunması və bərpası istiqamətində fəaliyyət göstərir. Bu yanaşmahəm beynəlxalq hüququn tələblərinə uyğundur, həm də regiondasabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Nəticə etibarilə, mədəni irs məsələsi emosiyalar üzərində deyil,faktlar əsasında qiymətləndirilməlidir. Keçmişdə erməni qəsbkarlarıtərəfindən həyata keçirilən kulturosid, urbisid və onlarınnəticələri obyektiv şəkildə dəyərləndirilmədən bu mövzuda sağlam vəədalətli yanaşmanın formalaşması mümkün deyil”, - deyə o fikriniyekunlaşdırıb.

Keçmişdə
Keçmişdə
Keçmişdə
Keçmişdə
Keçmişdə
Seçilən
125
az.trend.az

1Mənbələr