AZ

FTB şefi sevgilisini qorumaq üçün agent tutub

“New York Times” (NYT) FTB rəhbəri Keş Patel haqqında məqalə dərc etdikdən sonra qəzetinin jurnalisti Elizabet Uilyamson haqqında araşdırma başlanılıb.

Publika.az xəbər verir ki, məqalədə Patelin sevgilisi olan müğənni Aleksis Uilkinsi qorumaq üçün təhlükəsizlik agentləri tutduğu iddia olunurdu.

FTB jurnalistin agentliyin daxili məlumatlarına müdaxilə etdiyi iddiası ilə istintaqa başlayıb. Potensial qanun pozuntuları araşdırılır.

NYT yazır ki, FTB-nin bu addımı ABŞ Ədliyyə Nazirliyi daxilində narahatlıq yaradıb. Aparılan istintaqın hüquqi əsaslarına şübhə ilə yanaşılır.

Seçilən
60
publika.az

1Mənbələr