AZ

"Anar Bayramov hansı həkimlərin nə işlə məşğul olduğunu yaxşı bilir"- EMİN HƏSƏNLİ

"Anar Bayramovun TƏBİB-in rəhbəri təyin edilməsi çox müsbət haldır. Hələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olduğu dövrdə onun fəaliyyəti ilə yaxından tanış olmaq imkanım olub".

Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri. Emin Həsənli Herbiand.az-a açıqlamasında bildirib.

Emin Həsənli bir vaxtlar əlilliyin təyin olunmasında mövcud problemlərin, eləcə də Qarabağ qazilərinin əlillik dərəcəsinin müəyyənləşdirilməsində yol verilən nöqsanların necə aradan qaldırılmasını yada salır: “Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin olunduqdan sonra mövcud neqativ halların aradan qaldırılmasına başlanıldı. Həmin dövrdə Anar Bayramov da bu işə bilavasitə rəhbərlik edirdi. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olduğu dövrdə bu sahədə olan nöqsanların aradan qaldırılması üçün inqilabi dəyişikliklər oldu. Artıq ölkədə hər kəs bilir ki, sağlam insanın nəyinsə qarşılığında əlillik dərəcəsi alması mümkün deyil.

Artıq neçə müddətdir ki, TƏBİB-in də işindən cəmiyyət arasında böyük narazılıqlar var idi. Güman edirəm tezliklə bu narazılıqlar da aradan qaldırılacaq.

Anar Bayramov saxta sənədlərin hansı xəstəxanalarda yazıldığını, kimlərin yazdığını, hansı həkimlərin nə işlə məşğul olduğunu, hansı xəstəxanaların baş həkimlərinin və direktorlarının nə işlər gördüyünü yaxşı bilir.

O, bundan əvvəl rəhbərlik etdiyi qurumda illərlə yığılıb qalmış problemləri həll etmək üçün sərt addımlar atmaq məcburiyyətində qaldı. Doğrudur, bu proses ağrılı keçdi, bəzi hallarda haqqı olan insanlar da əziyyət çəkdi, amma yekunda mükəmməl bir sistem quruldu.

Bu şəffaflaşma proses dövlətimiz və cəmiyyətimiz böyük fayda verir və biz bunun ən böyük nəticələrini isə yaxın illərdə görəcəyik.

Ümid edirəm ki, əhaliyə tibbi xidmətin təşkili işində böyük dəyişikliklər olacaq. Azərbaycanda müasir tələblərə cavan verən xəstəxanalar yaradılıb. Bu gün Azərbaycan həkimlərinin bir çoxu, xüsusən də gənclər Almaniyada, Türkiyədə və dünyanın başqa ölkələrində fəaliyyət göstərir.

Gələcəkdə elə bir sistem yaradılmalıdır ki, Azərbaycan vətəndaşları səhiyyəmizə yüz faiz güvənsin. Bunun üçün Azərbaycanın həm maddi-texniki, həm də insan potensialı, yəni Türkiyədə və digər ölkələrdə yetişən savadlı həkimlərimiz var.

Əminik ki, Azərbaycan səhiyyəsində mükəmməl bir sistem qurulacaq. Azərbaycan dövlətinin potensialı buna çatır. Bir daha təkrar edirəm, çox müasir xəstəxanalar tikilib, müasir avadanlıqlar var. Bu işin icrası çətin olsa da, mümkündür. Əminəm ki, Anar Bayramov belə bir mükəmməl sistemin qurulması kimi çətin işin öhdəsindən gələcək.

Bu məsələdə, sözsüz ki, ictimai dəstək mühüm amildir. Və inanıram ki, cəmiyyətimiz belə bir dəstəyi verəcək. Çünki hər birimizin səhiyyə xidmətinə ehtiyacımız olur.

Bu gün Azərbaycanda ASAN, DOST kimi mükəmməl sistemlər fəaliyyət göstərir. Şəffaflıq və əhalinin məmnunluğunun əsas prioritet olduğu bir sistemin TƏBİB kimi mühüm qurumda da yaradılacağına əminəm.

Bu işin öhdəsindən gəlmək üçün Anar Bayramovun kifayət qədər potensialı və bacarığı var".

Seçilən
13
3
herbiand.az

4Mənbələr