Ştatın müxtəlif bölgələrində eyni vaxtda qeydə alınan yanğınlar xüsusilə cənub-şərq hissədə daha təhlükəli vəziyyət yaradıb. Brantley County ərazisində, 82 nömrəli avtomobil yolunun yaxınlığında başlayan yanğın qısa müddətdə geniş sahəyə yayılıb və təxminən 5 min dönüm əraziyə ziyan vurub. Hadisə nəticəsində 54 ev istifadəyə yararsız vəziyyətə düşüb, əlavə olaraq minə yaxın ev üçün risk davam edir.
Digər böyük yanğın isə Clinch County ərazisində, Pineland Road istiqamətində qeydə alınıb. Burada təxminən 16 min 500 dönüm sahə yanaraq məhv olub.
Hazırda alovların qarşısının alınması üçün 100-dən çox yanğınsöndürən cəlb olunub. Eyni zamanda yaxınlıqdakı Echols County və digər ərazilərdə baş verən yanğınlar səbəbindən bəzi sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Vəziyyətin ciddiliyini nəzərə alaraq, Brian Kemp ştat üzrə 91 rayonda fövqəladə vəziyyət elan edib.
Yanğınların söndürülməsi istiqamətində işlər davam edir.