AZ

ARDNF-in aktivləri 73,5 milyon dollar olub

BAKI, 23 aprel. TELEQRAF

2026-cı ilin birinci rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 515,2 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, (125 020,5 milyon manat), 2026-cı il mart ayının 31-nə isə, 73 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil etmişdir.

2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 180, 0 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 803,1 milyon manat olmuşdur. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 117,9 milyon manat olmuşdur. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınmışdır. Büdcə xərcləri hesabat dövrü üzrə 3 223,5 milyon manat təşkil etmişdir.

Seçilən
73
8
teleqraf.com

10Mənbələr