AZ

Avropa Parlamentindən Aİ-yə İsraillə bağlı sərt reaksiya: Bu, böyük ayıbdır

Avropa Parlamentinin üzvləri Avropa İttifaqı (Aİ) və İsrail arasında assosiasiya sazişininin dayandırılmamasına reaksiya verib.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Avropa Parlamentinin üzvləri Rudi Kennes və Mark Botenqa üzv dövlətlərin sözügedən sazişi dayandıra bilməməsini tənqid ediblər.

Botenqa bunu "böyük ayıb" adlandırıb. O, Rusiyanın İtaliyada hər iki ildən bir keçirilən Venesiya Biennalesində iştirak etməsinə icazə verildiyi üçün Aİ-nin sanksiyalar tətbiq etmək qərarı verdiyini xatırladıb: "Lakin Livandakı kəndləri bombalayan və Fələstində etnik təmizləmə aparan İsrailə qarşı sanksiyalar tətbiq etmək qərarı verilmir. Aİ-nin öz prinsiplərinə əməl etməməsi böyük bir qalmaqaldır. İsrail-Aİ assosiasiya sazişi isə insan hüquqları prinsiplərinə əsaslanıb”.

Aİ-İsrail tərəfdaşlığını “yalan” adlandıran Botenqa, Avropa İttifaqı ölkələrini beynəlxalq hüquqa hörmət etməməkdə günahlandırıb.

Seçilən
90
50
publika.az

10Mənbələr