Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət NeftFondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi iləbağlı gəlirləri 1 milyard 803,1 milyon manat olub.
Trend bubarədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən iliin eyni dövrü ilə müqayisədə1,204 milyard manat və ya 1,7 dəfə azdır.
Dövr ərzində ARDNF mənfəət neftinin və qazın satışından 1milyard 802,7 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri0,4 milyon manat gəlir əldə edib.
Sözügedən dövr ərzində ARDNF-yə Azəri-Çıraq-Günəşli (AÇG)yatağından 1 milyard 400,5 milyon manat, Şahdəniz yatağından (qazvə kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olub.Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG-dən Fonda daxilomalar 30%azalıb, Şahdənizdən daxilomalar isə 2 dəfəyə yaxın artıb.