Bu, həm də rəqəmsal mədəniyyət çatışmazlığı yaradır. Sosial şəbəkələr inkişaf, bilik və özünüifadə üçün vasitə olmalıdır, zorakılıq və alçaltma üçün deyil. Bu hallar gənclər arasında rəqəmsal savadlılıq və etik davranış mədəniyyətinin ciddi çatışmazlığını göstərir. Bəzi yeniyetmələr hesab edirlər ki, anonimlik onları məsuliyyətdən qoruyur. Bu, yanlış düşüncədir. İnsan şərəf və ləyaqətini alçaldan hər bir addım gec-tez məsuliyyət doğurur- həm mənəvi, həm də hüquqi.
Hörmətli valideynlər bilməlidirlər ki, nəzarət azadlığın məhdudlaşdırılması deyil, övladların ciddi səhvlərdən qorumaqdır. Odur ki, uşaqlarınızla danışın, onlara izah edin ki, başqasının alçaldılması hesabına qazanılan "like" və "baxış sayı" heç bir dəyər ifadə etmir.
Gənclər isə bilməlidirlər ki, həqiqi nüfuz bilik, zəhmət və düzgün davranışla qazanılır, gizli şəkildə çəkilmiş qeyri-etik videolarla yox. Təhqir və zorakılıq məzmununun iştirakçısına və ya dəstəkçisinə çevrilməyin! Biz müəllimin nüfuzunu qorumalıyıq. Əgər bu gün məktəbə və müəllimə olan hörmətin sarsılmasına yol versək, sabah sağlam və güclü cəmiyyət qurmaq imkanımızı riskə atmış olarıq. Gəlin birlikdə rəqəmsal məkanımıza mədəniyyəti, məsuliyyəti və qarşılıqlı hörməti geri qaytaraq!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31