Adətən təmiz suyun qoxusu olmur. Lakin bəzi hallarda suda qoxunun hiss edilməsi təhlükə əlaməti sayılmır.
Redaktor.az xəbər verir ki, bu barədə “Rosvodokanal” şirkətinin mühəndisi İlya Çuçalin açıqlama verib.
Onun sözlərinə görə, kran suyunda yüngül xlor qoxusu və ya çay suyuna xas qoxular normal hesab oluna bilər. Belə hallar suyun təmizlənməsi prosesində istifadə olunan maddələr və ya su mənbəyinin xüsusiyyətləri ilə bağlıdır.
Mütəxəssis bildirib ki, quyudan götürülən suda yüngül dəmir qoxusu da hiss oluna bilər. Əsas məsələ qoxunun çox güclü və qeyri-adi olmamasıdır.
Çuçalin vurğulayıb ki, təhlükəli hesab olunan hallar əvvəllər müşahidə edilməyən və kəskin olan benzin, həlledici maddə və digər kimyəvi qoxuların yaranmasıdır. Bu zaman suyun istifadəsi dayandırılmalı və aidiyyəti qurumlara məlumat verilməlidir.
O əlavə edib ki, suyun dezinfeksiyası üçün istifadə olunan xlor birləşmələrinin miqdarı sanitariya normalarına uyğundur və insan sağlamlığı üçün təhlükə yaratmır.
NURİYYƏ