AZ

Ukrayna Prezidenti: Aİ-nin ayırdığı 90 milyard avroluq kreditin ilk tranşı mayın sonu daxil olacaq

Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılan 90 milyard avroluq kreditin ilk tranşının mayın sonu, iyunun əvvəlində daxil olması gözlənilir.

“RBC-Ukraine” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“90 milyard avroluq kreditin ilk tranşı ordunun gücləndirilməsinə və Ukrayna silahlarının istehsalına yönəldiləcək”, - Prezident deyib.

Ukrayna lideri əlavə edib ki, ayrılan vəsait həmçinin sosial ehtiyaclara, eləcə də müdafiə sənayesinin, xüsusilə dronlar və radioelektron mübarizə sistemlərinin istehsalına yönəldiləcək.

Seçilən
34
2
apa.az

3Mənbələr