AZ

Rza Pəhləvidən şok çıxış: İranda monarxiya bərpa oluna bilər?

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi verdiyi son müsahibəsində ölkədə monarxiya sisteminin bərpası ehtimalı ilə bağlı səs-küyə səbəb olan fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, Pəhləvi demokratik yolla seçilmiş hökumətlə bərabər daimi monarxiya modelini heç vaxt istisna etmədiyini təsdiqləyib. Jurnalistin "həqiqi demokrat monarxiyanı birmənalı şəkildə rədd etməli deyilmi?" sualına cavab verən Pəhləvi müasir Avropa ölkələrini nümunə göstərib.

O, Almaniya, Fransa və İtaliyanın respublika, Belçika, İsveç və İspaniyanın isə monarxiya olmasına baxmayaraq, hər birinin demokratik dövlət olduğunu vurğulayıb.

Rza Pəhləvi qeyd edib ki, əsas məsələ xalqın seçimidir və əgər insanlar səsvermə yolu ilə hansı sistemi üstün tutduqlarını müəyyən etmək istəyirlərsə, buna mane olmaq xalqın iradəsinə hörmətsizlikdir.

Onun bu sözləri İranda gələcək idarəetmə forması ilə bağlı müzakirələri yenidən alovlandırıb. Hazırda Pəhləvinin bu yanaşması həm tərəfdarları, həm də respublika tərəfdarı olan müxalif qruplar tərəfindən geniş şəkildə şərh olunmaqdadır.

Musavat.com

Seçilən
102
musavat.com

1Mənbələr