Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl və Qaradağ rayon Şöbələrində əməliyyat keçirilib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.
Onlar rüşvət almaqda ittiham olunur.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin digər rayonlarında əməliyyat keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.