Bakı, 23 aprel, AZƏRTAC
Avropa Liqasında çıxış edəcək qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları may ayının əvvəlindən hazırlıqlara başlayacaq.
Bu barədə Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, toplanış iki mərhələdən ibarət olacaq. Bakıda start götürəcək hazırlıq prosesi ölkə xaricində davam etdiriləcək. Toplanış çərçivəsində yoldaşlıq oyunlarının keçirilməsi də nəzərdə tutulub.
Milli komandalar Bakıdakı təlim-məşq toplanışını Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirəcəklər.
Müxbir – Cavid Əliyev