AZ

Bir ayağını itirib, üzü yanıb, müalicəsinə Pezeşkian da cəlb olunub - Xameneinin son durumu

BAKI, 23 aprel. TELEQRAF

İranın yeni Ali rəhbəri Müctəba Xamenei hələ də ölkə daxilində qapalı yerdə gizlənir, ona çıxış çox çətindir və ciddi şəkildə məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, onun ətrafında əsasən müalicəsi ilə məşğul olan tibbi heyət var. İxtisasca ürək cərrahı olan Prezidenti Məsud Pezeşkian və İran Səhiyyə Nazirliyi də onun müalicəsinə cəlb olunub.

Məlumata görə, Müctəba Xameneinin ayaqlarından biri üç dəfə əməliyyat olunub, hazırda protez gözləyir: “Üzü və dodaqları ağır şəkildə yanıb, bu da danışmasını çətinləşdirir. Gələcəkdə isə plastik əməliyyatlara ehtiyac duyacağı gözlənilir. Əlindən də əməliyyat olunub, amma yavaş-yavaş funksiyasını bərpa edir”.

NYT əlavə edir ki, indiyədək yeni ali rəhbərinin videomüraciətinin yayımlanmamasının səbəbi zəif və ya həssas görünmək istəməməsidir.

Həmçinin bildirilir ki, hazırkı vəziyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən faktiki olaraq müxtəlif səlahiyyətləri SEPAH generallarına həvalə edib və qərar qəbuletmə prosesində əsas söz sahibi onlardır.

Məlumata görə, bu generallar bu həftə ABŞ ilə ikinci danışıqlar raundu öncəsi İran nümayəndə heyətinin Pakistana səfərinin ləğv edilməsi barədə göstəriş veriblər.

Seçilən
29
teleqraf.com

1Mənbələr