AZ

Həsən Həsənov Ərdəhan Universitetinin fəxri doktoru olub

Azərbaycanın keçmiş xarici işlər naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova Ərdəhan Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Universitetdə keçirilən təqdimetmə mərasimində çıxış edən H.Həsənov Azərbaycanın müstəqilliyinin bərpasının ilk çətin illərindən, Ümummilli Lider Heydər Əliyevin ölkənin xilasındakı rolundan, Türkiyə-Azərbaycan əlaqələrindən və bu əlaqələrin türk dünyasına verdiyi faydalardan danışıb.

Eyni zamanda TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma da universitetin fəxri doktoru diplomu təqdim edilib.

Tədbirin açılışında Ərdəhan Universitetinin rektoru professor Öztürk Emiroğlu türk dünyasının hər iki fəxri ağsaqqalın həyatı, ölkələrinin inkişafı və Türk dünyasındakı xidmətlərindən bəhs edib.

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsini ehtiramla yad edən B.Yıldırım XXI əsrin "Türk dünyası əsri" olacağına inandığını bildirib.

Seçilən
46
far.az

1Mənbələr