AZ

Pakistanda silahlı hücum: Türkiyə vətəndaşı öldürüldü

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində mis və qızıl mədəninə silahlı hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Məlumata görə, Çaqay rayonunun Darigvan ərazisində Pakistanın “National Resources Private Limited” (NRL) şirkətinə məxsus mədənə təxminən 40 silahlı şəxs hücum edib.

Hadisə nəticəsində azı 10 nəfər (7 işçi, 3 mühafizəçi) həlak olub. Ölənlərdən biri Türkiyə vətəndaşıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
axar.az

1Mənbələr