AZ

Avropada elektriklə işləyən nəqliyyat vasitələrinin satışları rekord səviyyədə artıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 aprel, AZƏRTAC

Mart ayında Avropada elektriklə işləyən nəqliyyat vasitələrinin satışlarında rekord göstərici - 42 faiz artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatında deyilir.

Bildirilir ki, martda qitədə yeni avtomobillərin qeydiyyatı 11 faiz artaraq 1,58 milyon ədədə çatıb. Bu, 2024-cü ilin aprel ayından bəri ən böyük aylıq artım göstəricisidir.

Almaniyada elektrikli nəqliyyat vasitələrinin satışları 66 faiz artıb. Martda Avropa bazarında Çin istehsalçılarının və “Tesla”nın payı artıb. Belə ki, BYD-nin qitədəki satışları ikiqat artaraq 37 min 580 ədədə çatıb. “Tesla”nın satışları 84 faiz artaraq 52 min 600 ədəd olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
2
azertag.az

3Mənbələr