AZ

Dağlarda itkin düşən 76 yaşlı kişi 4 gün sonra sağTAPILDI

ABŞ-də dağlıq ərazidə itkin düşən 76 yaşlı kişi dörd gün sonra sağ vəziyyətdə tapılıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam müharibəsi veteranı Mark Erik Yanq aprelin 16-da təkbaşına çadırla yürüşə çıxıb. Təcrübəli turist olan kişinin ertəsi gün ailəsi ilə planlaşdırılan şam yeməyinə gəlməməsi narahatlıq yaradıb.

Bundan sonra Arizona ştatının şimalında yerləşən çətin keçilən ərazidə axtarışlara başlanılıb. Aprelin 18-də xilasedicilər onun icarəyə götürdüyü yolsuzluq avtomobilini və şəxsi əşyalarını aşkar ediblər.

Aprelin 20-də isə xilasedicilər zəif kömək səsləri eşidərək kişini tapıblar. Onun susuz qaldığı və xəsarətlər aldığı bildirilib. Buna baxmayaraq, kişinin huşunun yerində olduğu qeyd olunub.

Yaralının yaxınlıqdakı xəstəxanaya çatdırılması üçün xilasedici helikopter cəlb edilib.

NURİYYƏ

Seçilən
84
2
redaktor.az

3Mənbələr