AZ

ABŞ kəşfiyyatı: Çin Tayvan uğrunda qarşıdurma üçün raket arsenalını artırır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çin daxili hərbi rəhbərlikdə aparılan təmizləmələrə baxmayaraq, raket potensialını artırır və ordusunu modernləşdirir. Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Ceyms Adamsın Konqresə təqdim etdiyi hesabatda bildirilir. ABŞ kəşfiyyatının məlumatına görə, 2025-ci ildə Çin Xalq Azadlıq Ordusu müxtəlif mənzilli raketlərin ümumi sayını 3450-yə çatdırıb. Xüsusilə, orta mənzilli DF-26 ballistik raketlərinin sayı daha 50 ədəd artaraq 550-yə yüksəlib. Bu raketlər həm quru hədəflərini, həm də aviadaşıyıcıları vurmaq qabiliyyətinə malikdir və həm adi, həm də nüvə başlıqları daşıya bilir."Çin hərbi gücünü sürətlə modernləşdirir və müharibənin bütün sahələrində imkanlarını genişləndirir. Bu, onun ordusuna Tayvanı güc yolu ilə ələ keçirməyə, "birinci ada zənciri" boyunca təsir gücünü artırmağa və ABŞ-ın regiondakı müdaxilə cəhdlərini pozmağa imkan verə bilər", deyə Adams Konqresdə çıxışı zamanı bildirib.Bununla yanaşı, ABŞ kəşfiyyatının hesablamalarına görə, digər raket kateqoriyalarında artım müşahidə olunmur. Qitələrarası ballistik raketlərin sayı təxminən 400 səviyyəsində sabit qalıb, yerüstü bazalı qanadlı raketlərin sayı isə 400-dən 300-ə düşüb.Gələcək perspektivdə Çin məhz ballistik komponenti əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Proqnozlara əsasən, 2035-ci ilə qədər Çin Xalq Azadlıq Ordusunun arsenalında 700-ə qədər qitələrarası ballistik raket ola bilər. “The Washington Times” qeyd edir ki, ötən il ABŞ kəşfiyyatı Çinin hazırda 600 hipersəs raketinə malik olduğunu və 2035-ci ilə qədər bu sayın 4000-ə çatdırılacağını bildirmişdi.Bundan əlavə, ölkənin hazırda 600-dən çox nüvə başlığı var və növbəti beş il ərzində bu sayın daha 400 vahid artırılması planlaşdırılır. Nüvə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəlməsi, kəşfiyyatın qiymətləndirməsinə görə, Tayvan ətrafında mümkün münaqişədə çəkindirmə amili kimi istifadə oluna bilər.General Ceyms Adamsın sözlərinə görə, 2025-ci ildə Çin Tayvana hərbi təzyiqi genişmiqyaslı təlimlər vasitəsilə artırıb. Bu təlimlər adanın blokadası və enerji infrastrukturuna hücum ssenarilərini əhatə edib. Bununla belə, ABŞ kəşfiyyatı hesab edir ki, Çin rəhbərliyi hələlik ordunun Tayvana qarşı genişmiqyaslı əməliyyata tam hazır olduğuna əmin deyil, xüsusilə ABŞ və müttəfiqlərinin mümkün müdaxiləsi nəzərə alınmaqla:"Hazırkı mərhələdə məcburi birləşmə ilə bağlı risklər və xərclər ehtimal olunan faydaları üstələyir və Çinin bəyan etdiyi ‘qırmızı xətlər’ hələ keçilməyib".Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr