Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"iPhone" istifadəçilərini hədəf alan yeni dələduzluq sxemi saxta “iCloud yaddaşı dolub” və ya “Apple Pay xəbərdarlığı” mesajları vasitəsilə həyata keçirilir.Demokrat.az xəbər verir ki, bu mesajlarda istifadəçilər hesablarının bağlanacağı və ya məlumatlarının silinəcəyi ilə qorxudularaq linkə keçid etməyə məcbur edilir. Məqsəd isə onları saxta saytlara yönləndirərək bank və şəxsi məlumatlarını ələ keçirməkdir.Mütəxəssislər bildirir ki, əsas təhlükə mesajın yaratdığı panikadır. Şübhəli linklər, dil səhvləri və təcili hərəkətə çağıran ifadələr dələduzluğun əsas əlamətləri sayılır.İstifadəçilərə belə mesajlarda linklərə klikləməmək və hesab məlumatlarını yalnız rəsmi mənbələr üzərindən yoxlamaq tövsiyə olunur.Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.