Bizimyol saytına istinadən ain.az xəbər verir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var.
Bizimyol.info xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat keçirdiyi rayonlardan biri də Saatlı rayonudur. Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində aprelin 21-də əməliyyat keçirilib. Əməliyyat nəticəsində şöbənin rəisi saxlanılaraq, Bakıya gətirilib.
Xidmətin digər rayon şöbələrindəki əməliyyatlar barədə də ətraflı informasiya əldə etməyə və məlumatları rəsmi qurumlardan dəqiqləşdirməyə çalışırıq.
Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir çox şöbələrində əməliyyatlar keçirilib, şöbə rəisləri həbs olunub. Onlara rüşvət ittihamı ilə uzunmüddətli cəzalar verilib.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.