AZ

Cəmiyyət autizmli uşaqları düzgün tanımır Loqopeddən ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkələrdə tez-tez müzakirə olunan mövzulardan biri də autizmli uşaqların məktəblərdə bullinqə məruz qalmasıdır. Autizmli uşaqlar fiziki təması çox sevmədiklərindən bəzən sinif yoldaşları onları qıcıqlandırır, lağa qoyur və ya narahat edir. Belə hallarda autizmli uşaq özünü müdafiə məqsədilə yüngül reaksiyalar göstərə bilər. Valideynlər isə övladlarının təhlükəsizliyi baxımından belə şagirdlərdən ehtiyat edirlər.

Bəs autizmli uşaqlar bilərəkdən, planlı şəkildə kiməsə xəsarət yetirə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan loqoped Nərmin Vəliqızı bildirdi ki, autizm sindromlu uşaqlar aqressiv ola bilirlər:

"Onların öz aləmi var. Hər autizmli uşağın aqressiv olduğuna görə belə bir plan qurub həyata keçirəcəyi anlamına gəlmir. Kənardan baxıb deyirlər ki, autizmli uşaqlar, sindromlu uşaqlar aqressiv olurlar, təmas qurmurlar, özünəqapanıq olurlar və hər hansı nevroloji problem olan kimi autizm problemli uşaq adlandırırlar. Yəni autizm problemli uşaqlar barədə 11 illik iş təcrübəmə əsaslanaraq deyə bilərəm ki, mənim normal məktəbə gedən autizmli uşaqlarım var. Həmin uşaqlarda elə bir pislik düşünəcək fikir və istək ola bilməz. O uşaqlar necə aqressiya göstərə bilərlər? Təmas qurmağı sevmirsə, onu məcbur edib qucaqlayanda həmin adamı yüngülvari itələyə bilər, yaxud evi dağıda bilər, aqressiya yarada bilər, qışqıra bilər. Bu kimi hallar olsa da, bu onun ətrafa zərəri deyil, daxilindəki dünyadan çıxan aqressiyadır".

Müsahibimizin sözlərinə görə, planlı şəkildə hansısa bir uşağa pislik etməsi autizm problemli uşaqlarda ola bilməz:

"İndiki dövrdə ailə tərbiyəsindən çox şey asılıdır. Valideynlər bəzən uşağın hər istəyi olsun deyə düşünür, deyirlər ki, psixologiyasını pozmayım, onun üçün hər şeyi edim ki, travma almasın. Mən valideynlərə, pasientlərə həmişə deyirəm ki, tərbiyə üsulu bu deyil. Tərbiyə üsulu uşağın hər şeyinin əlinin altında olması deyil. Çünki uşağın hər istəyi yerinə yetirilirsə, marağı başqa istiqamətlərə yönəlir və yaxud eqosu o qədər yüksəlir ki, ətrafın ona tabe olmasını istəyir, hər şey mən deyən kimi olmalıdır düşüncəsi yaranır. Yaş artdıqca həmin uşaq bəzən valideynlərinə də bu eqonu tətbiq edir ki, mən istədiyimi etməlisiniz".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
48
redaktor.az

10Mənbələr