
İran Silahlı Qüvvələri ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə hədəfə alınacaq hədəflərin siyahısını hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu siyahı hazırlanarkən qarşılıqlılıq prinsipi nəzərə alınıb. Buna görə də, ABŞ və ya İsrail İranın enerji infrastrukturuna zərbə endirərsə, İran İsraildəki elektrik stansiyalarına və Yaxın Şərqdəki Amerika müttəfiqlərinə hücum edəcək. Vaşinqton dəniz blokadasını davam etdirərsə, Tehran Bab əl-Məndəb boğazını bağlamağı və Hörmüz boğazını minalamağı planlaşdırır.