AZ

Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Masallı rayonunda atlara qarşı qəddarlıq halları ilə bağlı videolar “TikTok” sosial platformasında paylaşılıb.

Avtosfer.az xəbər verir ki, görüntülər müxtəlif vaxtlarda qeydə alınıb. Kadrlardan görünür ki, heyvanlara dəmir qoşqu qoşularaq çubuqla vurulur və hərəkət etməyə məcbur edilirlər.

Digər görüntülərdə isə qoşquya kəndirlə yük avtomobilinin bağlandığı, atın bu ağır yükü daşımağa məcbur edildiyi əks olunub. 

Başqa bir videoda da heyvana ağır yük yüklənərək hərəkətə təhrik edildiyi, nəticədə onun çətinliklə irəlilədiyi müşahidə olunur.

Qeyd edək ki, şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub və onun barəsində məsuliyyət tədbiri görülüb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
avtosfer.az

3Mənbələr