ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
"Sumqayıt şəhərində sərnişin avtobusunun kobud qayda pozuntusu ilə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib".
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
"Daşıyıcıya sərnişindaşıma qaydalarına riayət edilməsi, səlahiyyətində olan avtobus sürücülərinin nizamlı fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıq verilib. Bu hal üzrə isə yol hərəkəti qaydası pozulduğundan sürücü barədə tədbirin görülməsi üçün daşıyıcıya və aidiyyəti dövlət qurumuna məlumat verilib", - deyə T.Orucov vurğulayıb./oxu.az
***
Sumqayıt şəhərində sərnişin avtobusunun kobud qayda pozuntusu edərək hərəkət iştirakçılarını təhlükəyə atdığı anlar qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə sərnişinlə dolu avtobusun işıqforun qırmızı işığı yandığı halda əks hərəkət zolağına çıxaraq ötmə etdiyi qeydə alınıb. Bu hərəkət həm işıqfor qarşısında gözləyən nəqliyyat vasitələrinə, həm də qarşıdan gələn avtomobillərə ciddi maneə yaradıb və qəza riskini artırıb.
Şikayətlərdə o da qeyd olunub ki, Sumqayıt şəhəri ərazisində 7 nömrəli xətt üzrə hərəkət edən bir çox avtobusların sürücüləri yol hərəkəti qaydalarına əməl etmirlər.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, qeyd olunan fakt üzrə araşdırma aparılır.
"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.