AZ

Hörmüzdə mina quran bütün gəmilərə atəş açılacaq prezident

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən istənilən gəmiyə qarşı dərhal atəş açılması barədə əmr verib.

Modern.az xəbər verir ki, o bu barədə "Truth social" hesabında paylaşım edib. 

“ABŞ Hərbi Dəniz Qüvvələrinə tapşırmışam ki, ölçüsündən asılı olmayaraq, Hörmüz boğazında mina quran bütün gəmilərə məhv edici atəş açılsın. Heç bir tərəddüd olmamalıdır”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, hazırda ABŞ mina axtaran gəmiləri boğazda təmizləmə əməliyyatları aparır.

“Hazırda minatəmizləmə işləri davam edir. Bu fəaliyyətin üç dəfə artırılmasını tapşırıram”, – deyə o əlavə edib.

Tramp həmçinin qeyd edib ki, artıq bölgədə düşmənə məxsus bütün hərbi gəmilər zərərsizləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
95
modern.az

1Mənbələr