AZ

Hansı məktəblər distant təhsilə keçir? AÇIQLANDI

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda keçiriləcək mötəbər beynəlxalq tədbir paytaxtın təhsil müəssisələrinin iş qrafikini kökündən dəyişib. Minlərlə şagird və tələbə may ayının bir hissəsini evdən təhsil almaqla və ya tətildə keçirəcək.Demokrat.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar xüsusi əmr imzalayıb.Qərara əsasən, mayın 17-dən 22-dək şəhərin əksər məktəb və universitetləri distant formata keçir.Yeni qaydalara görə, paytaxtın ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün mayın 18-dən 22-dək tətil elan olunub. Bu istirahət günləri may ayının əvvəlindəki (1-5 may) tarixlərin əvəzinə verilir. Yuxarı sinif şagirdləri (V-XI siniflər) isə qeyd olunan tarixlərdə dərslərini məsafədən davam etdirəcəklər.Lakin bu dəyişiklik paytaxtın bütün ərazilərinə şamil edilmir. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarındakı məktəblər əvvəlki qaydada, yəni əyani şəkildə fəaliyyətini sürdürəcək. Bakıda yerləşən ali təhsil ocaqları, kolleclər və peşə məktəbləri də distant təhsil sisteminə qoşulan müəssisələr sırasındadır.Bağçalar və internat tipli təhsil müəssisələri isə bu qərardan kənarda qalıb. Onlar öz iş rejimini dəyişmədən fəaliyyətlərini davam etdirəcəklər.Demokrat.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
demokrat.az

1Mənbələr