AZ

Aktrisanın inancı müzakirə yaratdı

“Oskar” mükafatlı 43 yaşlı aktrisa Enn Heteuey yeni filmi “Şeytan marka geyir 2”nin tanıtımı ilə bağlı verdiyi son müsahibəsi diqqətçəkib. 

“Cebheinfo.az” xəbər verir ki, aktrisa müsahibə zamanı “İnşallah” ifadəsini işlədib.

Enn Heteuey, “Ümid edirəm ki, uzun və xoşbəxt bir həyat sürərəm. İnşallah, belə bir həyatım olar”, - deyə qeyd edib. 

Ərəb dilində “Allahın izni ilə” mənasını verən bu ifadə xüsusilə müsəlman cəmiyyətlərində gündəlik danışıqda geniş istifadə olunur.

Onun bu açıqlamasından sonra aktrisanın dini inancı müzakirə mövzusuna çevrilib. Bu ifadə ilə Heteuey müsəlman ərəb icmalarının rəğbətini qazanıb.

Katolik xristian ənənələri ilə böyüyən aktrisanın 14 ildir evli olduğu həyat yoldaşı Adam Shulmanın isə yəhudi olduğu məlumdur.

Seçilən
18
cebheinfo.az

1Mənbələr