İş Avropa kənd təsərrüfatı subsidiyaları ilə bağlı iddia edilən fırıldaqçılıqla əlaqəlidir
Yunanıstan parlamentariləri Avropa fondları ilə bağlı iddia edilən fırıldaqçılıqla əlaqəli işdə iştirak edən 13 həmkarının parlament toxunulmazlığının ləğvi üçün səs veriblər. Prokurorluq parlamentə onların toxunulmazlığının ləğvi üçün müraciət edib.
Şübhəlilərin bəziləri prokurorluğu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etsələr də, heç bir səhv etmədiklərini iddia edərək toxunulmazlıqlarının ləğv edilməsini dəstəklədilər.
İş artıq ləğv edilmiş dövlət fondu çərçivəsində Yunanıstan kənd təsərrüfatının inkişafı üçün Aİ subsidiyalarının mənimsənilməsi ilə bağlıdır.
Bu qalmaqal Baş nazir Kiriakos Mitsotakisin mövqeyini ciddi şəkildə sarsıdıb və onun bir neçə naziri istefa verib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”