Futbol dünyası Donald Trampın məsləhətçisi Paolo Zampollinin FIFA prezidenti Canni İnfantinoya etdiyi gözlənilməz təklifi müzakirə edir.
Fanat.Az xəbər verir ki, Zampolli İranın Dünya Çempionatından kənarlaşdırılmasını və onların yerinin İtaliyaya verilməsini təklif edib.
"Financial Times"ın məlumatına görə, bu təklif İtaliyanın dördqat dünya çempionu olması və tarixi nüfuzu ilə əsaslandırılır.
Diplomatik təzyiq forması kimi qiymətləndirilən bu müraciətdə beynəlxalq siyasi vəziyyət əsas faktor kimi göstərilir. İtaliya millisi son iki dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün bu cür kənar müdaxilələr futbol ictimaiyyətində birmənalı qarşılanmır.
FIFA-nın belə bir radikal qərar verib-verməyəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.