AZ

Kuryer vasitəsi ilə sifariş etdiyi 1000 manatlıq "PlayStation 5"-i oğurlandıVİDEO

1000 manatlıq "PlayStation 5" oyun aparatı çatdırılma zamanı kuryer tərəfindən oğurlanıb.

Paytaxt sakini Əbdülhəmid Xəlilov bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edib.

Zərərçəkmiş deyir ki, məsələni çatdırılma xidmətinə bildirsə də heç bir xeyri olmayıb

Əbdülhəmid Xəlilov çatdırılma xidmətindən öyrənib ki, ona aid məhsulu oğurlayan 41 yaşlı Zöhrab Əliyev adlı şəxsdir.

Adıçəkilən çatdırılma xidməti ilə əlaqə saxladıq. Bildirildi ki, tətbiq istifadəçiləri tərəfdaş kuryerlər və sürücülərlə birləşdirən platformadır. Məsələ ilə bağlı çatdırılma xidməti və tərəfdaş şirkət polislə əlaqədədir. Baş vermiş hadisənin araşdırılması üçün lazım olan məlumatlar təqdim edilir. O da qeyd olundu ki, tərəfdaş şirkət istifadəçiyə kompensasiya ödəyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr