AZ

Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov ilə görüşüb.

Poliqon xəbər verir ki, E.Qasımov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksəksəviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", deyə səfir bildirib.

Poliqon.info

Seçilən
66
19
poliqon.info

10Mənbələr