AZ

Rusiyalı reper Timatiyə qarşı sanksiya tətbiq edildi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinə rusiyalı reper Timatini də (Timur Yunusov) daxil edib.

Moderator.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc olunmuş press-relizdə deyilir.

Sanksiyalara səbəb kimi reperin Ukraynadakı hərbi əməliyyatları və Krımın Rusiyaya ilhaqını dəstəkləməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında iştirakı göstərilib.

Sanksiya siyahısına həmçinin aşağıdakı şəxslər də düşüb: Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi Aleksey Rtişev, Ermitajın direktoru Mixail Piotrovski, Rusiya mədəniyyət nazirinin birinci müavini Sergey Obrıvalin.

Bundan əlavə, Aİ 20-ci sanksiya paketinə dörd rusiyalı jurnalisti də daxil edib. Sənəddə onlar "təbliğatçılar" adlandırılıb. Qeyd olunur ki, məhdudiyyətlərə məruz qalan jurnalistlər Aİ ərazisində fəaliyyətlərini davam etdirmək imkanını saxlayırlar.

Seçilən
52
moderator.az

1Mənbələr