
“İslam Respublikasının nüvə proqramı ABŞ ilə danışıqların əsas mövzusu deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai deyib.
Bəqai qeyd edib ki, əvvəlki danışıqlar raundlarında müzakirələr İranın nüvə proqramına yönəlmişdi, lakin hazırkı vəziyyətdə bu mümkün deyil. Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, əsas mövzu münaqişəyə Tehranın maraqlarına cavab verən şəkildə son qoymaqdır.