AZ

İllər əvvəl törədilən ağır cinayətin üstü açıldı – Qaraçuxura gedərkən yolda iplə boğublarVİDEO

30 il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər saxlanıb.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət 1996-cı ildə paytaxtın Suraxanı rayonunda törədilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat da yayıb.

O vaxt hüquq-mühafizə orqanına məlumat daxil olub ki, Gülməmməd Bayramov yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Cəlilov və Hidayət Qafarov saxlanıb. Məlum olub ki, onlar ''Neftçilər'' metrostansiyasının qarşısında taksi fəaliyyəti göstərən Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşiblər. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürməkdə şübhəli bilinirlər.

Daha sonra onlar zərərçəkmişə məxsus avtomobili hissələrə ayıraraq satıblar və əldə etdikləri vəsaiti aralarında bölüblər. Gülməmməd Bayramovun qardaşı Bəyməmməd də deyir ki, qardaşına qarşı törədilmiş cinayət tamah məqsədi ilə olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
46
xezerxeber.az

1Mənbələr