Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çiy balıq həvəskarlarının çoxu süfrəyə gələn o ləzzətli təamın daxilində gizlənən təhlükədən tamamilə xəbərsizdir. Bəzən kiçik bir diqqətsizlik sağalmaz fəsadlara, hətta görmə qabiliyyətinin itirilməsinə yol aça bilər.Demokrat.az xəbər verir ki, Rusiya Xalqlar Dostluğu Universitetinin Göz xəstəlikləri kafedrasının dosenti Aleksandr Frolov çiy və az duzlanmış balıq istehlakı ilə bağlı ciddi xəbərdarlıq edib.Mütəxəssis bildirib ki, balıqdan insana keçən CMNV virusu korluğa səbəb ola biləcək qədər təhlükəlidir. Bu virus yüksək temperaturda bişirildikdə məhv olsa da, çiy qidalarda aktivliyini qoruyur. Bununla yanaşı çay balıqlarında rast gəlinən yastı qurdlar opistorxoz xəstəliyinə yol açır. Az duzlanmış balıq və kürünün tərkibində qalan lentşəkilli qurdlar isə difillobotrioz infeksiyasına səbəb olur.Dəniz məhsullarında rast gəlinən anizakidoz xəstəliyinə də toxunan Frolov bu barədə belə deyib:"Bu infeksiyaya çiy, hisə verilmiş, az duzlanmış və ya yaxşı bişirilməmiş dəniz məhsulları və malyuskaları yeyərkən yoluxmaq mümkündür."Xəstəliyin əlamətləri arasında ürəkbulanma, qusma, ishal və qarın ağrısı kimi həzm problemləri ilk sıralarda dayanır. Lakin proses bununla bitmir. Ətraflarda keyləşmə, baş ağrısı, zəiflik və koordinasiya pozuntusu da müşahidə edilə bilər. Bəzi hallarda dəridə qızartı və səpgi şəklində allergik reaksiyalar yaranır.Alim qeyd edir ki, bütün bu risklərdən qaçmaq mümkündür. Bunun üçün balıq alarkən onun təzəliyinə əmin olmaq və yalnız etibarlı yerlərdən alış-veriş etmək lazımdır. Təzə balıq 24 saat ərzində bişirilməli, dondurulmuş məhsul isə buzu açıldıqdan sonra 12-24 saat ərzində istifadə edilməlidir. Balığın saxlandığı qab mütləq hava keçirməyən olmalı və məhsul ikinci dəfə dondurulmamalıdır. Bu qaydalara əməl edildikdə mikrobun artma riski minimuma enir.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.